Aİ səfirləri Ukraynanın yenidən qurulması üçün 4,2 milyard avro göndərəcək

17:41 24 İyul 2024

Avropa İttifaqının (Aİ) səfirləri Ukraynanın yenidən qurulmasına və dövlət idarəçiliyinin saxlanmasına dəstək olmaq üçün yaradılmış fond çərçivəsində təxminən 4,2 milyard avro dəyərində ilk ödənişin göndərilməsini təsdiqləyiblər.
Sitat.info xəbər verir ki, Brüsseldə üzv ölkələrin Aİ-də  təmsil olunan səfirlərinin görüşü keçirilib.

Səfirlər, bu ölkənin yenidən qurulmasına və dövlət idarəçiliyinin saxlanmasına dəstək olmaq üçün  yaradılan fond çərçivəsində təxminən 4,2 milyard avro dəyərində ilk ödənişi toplamaq barədə razılığa gəliblər.

Növbəti addım olaraq, Aİ Şurasında davam edəcək yazılı prosedur vasitəsilə vəsaitin toplanması mümkün olacaq.

Qeyd edək ki, Aİ Ukraynanın makro-maliyyə sabitliyini, dövlət idarəçiliyinin fəaliyyətini və yenidən qurulmasını dəstəkləmək üçün yaradılan fond çərçivəsində 2024-2027-ci illər üçün 50 milyard avro qrant və kredit ayırmağı hədəfləyir.

Türkan,

Sitat.info



Xəbər xətti