Bu rayonlara dolu düşüb

20:33 24 İyul 2024

İyulun 24-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəki, Qax (Sarıbaş), Qrız, Şahdağ, Tərtər, Qusar, Zaqatala, Xaltan, Bərdə, Zərdab, Yevlax, Goranboy, Quba, Şəmkir, Tovuz, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Saat 17:20 radələrində Tovuz rayonu Ağbulaq və İbrahimhacılı kəndlərinə diametri 8-10 mm, saat 16:59-17:01 radələrində isə Şəmkir rayonunda diametri 11 mm olan dolu düşüb.

Altıağac, Qrız və Şahdağda duman müşahidə olunub.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.



Xəbər xətti