SON DƏQİQƏ! Peskov Kuril adaları ilə bağlı SƏRT DANIŞDI: "Yaponiya düşmən ölkəyə çevrilir"

17:06 22 Aprel 2022

Yaponiyanın Kuril adaları ilə bağlı açıqlamasına reaksiya verən Peskov  deyib ki, Yaponiya Rusiya üçün düşmən ölkəyə çevrilib”.
Yaponiya Xarici İşlər Nazirliyinin dərc etdiyi hesabatda, Rusiya ilə fikir ayrılıqlarının olduğu cənubi Kuril adalarının “qanunsuz işğal olunmuş adalar” kimi qələmə verilməsinə Kremldən  reaksiya gəlib.

Kremlin sözçüsü Dmitri Peskov Yaponiyanın bu addımına sərt ifadələrlə reaksiya verib: "Bu 4 ada hamısı Rusiya üçün mühüm ərazidir, təhvil verilə bilməz.  Açığını desək, Yaponiya düşmən ölkəyə çevrildiyindən və Rusiya Federasiyasına qarşı bir sıra döyüş əməliyyatlarını davam etdirdiyindən, danışıqların davam etdirilməsi ilə bağlı danışmaq çox çətindir”.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti