Moskvada terror törədən şəxs Türkiyədə necə saxlanıldı - Pərdəarxası AÇIQLANDI

12:14 25 İyul 2024

Xəbər verdiyimiz kimi, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Moskvada bomba yüklü avtomobillə terror aktı törədən Evgeni Serebriakovun Bodrumda tutulduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, əməliyyatın pərdəarxasını TRT Xəbər yazıb.

Terror aktından sonra təyyarə ilə Türkiyəyə turist qiyafəsində daxil olan terrorçu Bodrum Milas Hava Limanından avtomobil icarəyə götürərək Bodruma gedib.
Rusiya İnterpolunun verdiyi açıqlama və fotoşəkillər Türkiyə rəsmilərinə çatdıqdan sonra Bodrum polisi hərəkətə keçib.

Terrorçunun yeri aeroport kameraları vasitəsilə müəyyən edilib və onun hərəkətləri addım-addım izlənilib.

Polis qrupları terrorçunun icarəyə götürdüyü avtomobili aşkar edərək Şəhər Təhlükəsizlik İdarəetmə Sistemi (KGYS) vasitəsilə 50 kilometr məsafədə nəzarətə götürüb. Yeri müəyyən edilən terrorçu əməliyyat zamanı yaxalanıb.

Qeyd olunub ki, o, Yunanıstana qaçmağa hazırlaşırmış. Terrorçunun insan qaçaqçıları planlar quraraq Yunanıstana keçmək üçün Bodruma gəldiyi müəyyən edilib.

İnsan tacirləri ilə əlaqəsi hələ müəyyən edilməyən terrorçunun gəmi ilə qaçmağı planlaşdırdığı düşünülür.

Nərgiz,

Sitat.info



Xəbər xətti