Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu

12:16 25 İyul 2024

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.

Sitat.info xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti