"Polad Bülbüloğlu özünü nə mədəniyyət naziri kimi, nə də Rusiyada səfir kimi özünü doğrultmadı. Çox ciddi səhvlər buraxdı. Hətta rəsmi siyasətə zidd mövqe nümayiş etdirdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, Polad Bülbüloğlu əlində olan imkanların heç birini Qarabağın azad olunması üçün istifadə etməyib:
"Belə şəxslərin Azərbaycanı təmsil etmək haqqı yoxdur. Təəssüflər olsun ki, Azərbaycanda parlament bəzək, imtiyaz kimi rol oynayır. Buna görə də bir çox şəxslər deputat mandatı alaraq toxunulmazlıq alıb cinayət təqibindən qaçmağa çalışırlar".
Seymur,
Sitat.info