Kreml Mariupolla bağlı deyilənləri yalanladı: "Şoyqunun dediklərini nəzərə alın!"

17:13 22 Aprel 2022

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna hərbçilərinin hələ də Mariupol şəhərinə nəzarət etməsinə dair iddiaları təkzib edib.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Ukraynadakı əməliyyatlarla bağlı açıqlamalar verən Peskov, Ukrayna Xarici İşlər Nazirliyinin Mariupol şəhərinə nəzarətinin hələ də Ukrayna əsgərlərində olduğuna dair sözlərini yalanlayıb.

"Şəhərin onların nəzarətində olması yalandır. "Mariupol Ukrayna qüvvələrinin tərkibindədir" -sözündə həqiqət yoxdur. Hər kəsə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dünən Rusiya prezidenti Vladimir Putinə çatdırdığı məlumatı nəzərə almağı tövsiyə edirik.

Səid ,

SİTAT.İNFO



Xəbər xətti