Moskvaya gəldiyi üçün onu ələ salırlar - Peskov

16:40 26 İyul 2024

Orban Moskvaya səfərinə görə “Avropanın fitnəkarı” oldu, AB ona rişxənd edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban Moskvaya səfər edərək, Rusiyanı dəstəkləməkdən danışmadı, sadəcə olaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini anlamağa çalışdığı üçün Avropanın fitnəkarına çevrilib:

“Baxın, Orban meydana çıxdı. Belə bir “Avropa fitnəkarı”, belə bir “qorxunc” avropalı. O, “mən Rusiyanı dəstəkləyirəm” deməyib. Əksinə, Rusiyanı dəstəkləmədiyini dəfələrlə bildirib. Amma o, qərara gəldi ki, qulaq assın, tərəflərin mövqeyini ilkin mənbədən öyrənsin”.

O, Orbanın Rusiya ilə birlikdə həm Ukraynaya, həm də Çinə səfər etdiyini xatırladıb:

“Və o, Kiyevə, Çinə getdi, Moskvaya da gəldi, indi bura gəldiyi üçün bütün Avropa Birliyi onu ələ salır. Məhz bu insanlar özlərini sivilizasiyanın mərkəzi, “qızıl milyard” elan edirlər”.



Xəbər xətti