Samir Əsədlinin namizədliyi qeydə alındı

16:55 26 İyul 2024

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini - Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin namizədliyi qeydə alınıb.

Bu barədə Sitat.info-ya VHP-dən bildirilib.

Qeyd edilib ki, Samir Əsədli 1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsində mübarizə aparacaq.

Samir Əsədli 1983-cü ildə Yardımlının Bilnə kəndində anadan olub. 2001-ci ildən VHP-nin üzvüdür.

Partiyada Gənclər Təşkilatının sədri, Təşkilat Şöbəsinin müdiri və partiya sədrinin müşaviri olub. Dünya Azərbaycanlıları Konqresinin Daimi Katibliyinin rəhbəridir. O, 2023-cü ildə ABŞ Konqresinin dəstəyi ilə Vaşinqton şəhərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində "Gənc liderlər" kursunu bitirib. Türkiyə, Almaniya, İraq, Gürcüstan, İsveç, Belçika, Ukraynada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib.

S.Əsədli 2010-cu ildə 64 saylı Sabirabad kənd, 2015-ci ildə 11 saylı Qaradağ və 2020-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.



Xəbər xətti