İsrail hökumətindən “Əl-Cəzirə” telekanalı ilə bağlı qərar

21:16 26 İyul 2024

Qətərin “Əl-Cəzirə” telekanalının İsraildəki yayımına və 21 ofisinin fəaliyyətinə qoyulan qadağa daha 45 gün uzadılıb.

Sitat.info  xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, qadağanın uzadılması ilə bağlı qərar Təl-Əviv Rayon Məhkəməsi tərəfindən verilib.

Qeyd edək ki, bu ilin mayın 5-də “Əl-Cəzirə” telekanalının İsraildə yayımı 45 gün müddətinə qadağan edilib. Qərarın müddəti iyunun 10-da başa çatmalı olsa da, bu müddət uzadılıb. Belə ki, iyunun 9-da İsrailin rabitə naziri Şlomo Karya qadağanın iyulun 25-dək uzadılması barədə fərman imzalayıb.



Xəbər xətti