Blinken Laosda Vanq Yi ilə görüşəcək

17:32 26 İyul 2024

ABŞ Dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında görüşün keçirilməsi nəzərdə tutulur.

Sitat.info xəbər verir ki, bununla bağlı Çin XİN-in nümayəndəsi Mao Ninq məlumat yayıb.

Məlumatda görüşün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Laosda keçirilən sammiti çərçivəsində təşkil ediləcəyi bildirilib.



Xəbər xətti