Sumqayıtda 31 yaşlı kişinin meyiti tapıldı

13:42 27 İyul 2024

Sumqayıtda evdən 31 yaşlı kişinin meyiti tapılıb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Sətdar Əliheydər oğlu Şıxıyevin meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti