Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 2794 yerli müşahidəçi qeydiyyatdan keçib, onlardan 2562 nəfəri MSK-da qeydə alınıb.
Sitat.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 11 müşahidəçi qeydə alınıb:
"Artıq beynəlxalq müşahidəçilər də seçkiləri izləmək üçün müraciətlər edirlər".