Venesuela səfiri Peru XİN-ə çağırılıb

11:27 29 İyul 2024

Peru hökuməti Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea "X" sosial şəbəkəsində yazıb.

"Venesuela seçki orqanlarının rəsmi açıqlamaları fonunda Perunun bu ölkədəki səfirinin məsləhətləşmələr üçün dərhal geri çağırılması qərara alınıb", - o bildirib.



Xəbər xətti