Xalq artisti Ağadadaş Ağayev "Medera" hospitalının qarşısında baş verən insidentdən sonra ilk dəfə açıqlama verib.
Sitat.info xəbər verir ki, sənətçi yutub kanalında hadisənin təfərrüatlarını danışıb.
O, davranışına görə xalqdan üzr istəyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.