İngiltərənin Southport bölgəsində ən azı 8 nəfərin bıçaqlı hücuma məruz qaldığı, yaralılardan bəzilərinin xəstəxanaya aparıldığı bildirilib.
Sitat.info xəbər verir ki, Mersisayd polisi verdiyi açıqlamada, yerli vaxtla saat 12:00 radələrində Hart küçəsində bıçaqlı hücum xəbərini aldıqdan sonra əraziyə təcili yardım qruplarının göndərildiyini qeyd edib.
Açıqlamada hadisə nəticəsində çoxlu sayda yaralının olduğu, polisin bıçaq ələ keçirərək şübhəli bir şəxsi saxladığı bildirilib.
Bundan əlavə, bəyanatda ictimaiyyət üçün böyük təhlükə olmasa da, insanları Hart küçəsi yaxınlığındakı ərazidən uzaq durmağa çağırıb.
Şimal-Qərb Təcili Yardım Xidməti də açıqlamasında "birdən çox bıçaqlanma" xəbərləri aldıqlarını deyib: "Vəziyyəti dəyərləndirdik və təcili yardım əməkdaşlarımız hadisə yerində işləyir".
Daha sonra verilən açıqlamada tibb işçilərinin bıçaq xəsarətləri alan 8 nəfəri müalicə edildiyi bildirilib.
Bəzi xəstələrin hələ də müalicəsinin davam etdiyi Alder Hey Uşaq Xəstəxanasından verilən açıqlamada xəstəxananın həddindən artıq sıx olduğu bildirilib və ailələrdən vəziyyəti təcili olmayan uşaqları xəstəxanaya gətirməməyə çağırılıb.
Seymur,
Sitat.info