Parlament seçkiləri: Müşahidəçilərə o rəhbərlik edəcək

15:15 30 İyul 2024

MDB baş katibinin birinci müavini Leonid Anfimov sentyabrın 1-də Azərbaycanın Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Birlikdən olan müşahidəçilər missiyasına rəhbərlik edəcək.

Sitat.info xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İcraiyyə Komitəsindən bildirilib ki, MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının çərşənbə axşamı keçirilən iclasının qərarı ilə Anfimovun namizədliyi təsdiq edilib.

"MDB Müşahidəçilər Missiyasının işi şəffaflıq, neytrallıq və seçki prosesinə, dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanacaq", - İcraiyyə Komitəsindən qeyd edilib.



Xəbər xətti