HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldü

09:34 31 İyul 2024

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.

Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.



Xəbər xətti