SON DƏQİQƏ! HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU

10:43 31 İyul 2024

Sosial şəbəkələrdə Tehranda raket hücumuna məruz qalan və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin öldürüldüyü iqamətgahın görüntüsü ilə bağlı video paylaşılıb.

Sitat.info xəbər verir ki, bu barədə görüntüləri “Azad İran” telegram kanalı yayıb. 

Xatırladaq ki, bu gün səhər saatlarında SEPAH İsmayıl Həniyənin Tehranda qətlə yetirildiyini açıqlayıb.

HƏMAS qruplaşması da bəyanat yayaraq hadisənin baş verdiyini təsdiqləyib.



Xəbər xətti