Haniyənin qisasını almaq İranın borcudur - Xamenei

12:37 31 İyul 2024

İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.

Sitat.info xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib.

Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır:

“Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.



Xəbər xətti