Tehranda İsrailin hücumu ilə öldürülən İsmayıl Haniyənin oğlu Əbdüsselam Haniyə atası barədə danışıb.
“Atam milli davası zamanı 4 dəfə sui-qəsd cəhdinə məruz qaldı, ancaq sağ qaldı və bu gün Allah onu həmişə arzuladığı şəhadətə çatdırdı” -deən Abdüsselam Haniyə Fələstin mətbuatına açıqlama verib.
Sitat.info xəbər veri ki, Əbdüsselam Haniyə deyib: “Uşaqlığımdan atamla sürgündən tutmuş əsarətə, zülmə, çoxlu ailə üzvlərinin şəhid olmasına qədər vətən uğrunda mübarizənin bir çox mərhələsini yaşadıq və bu şərəfə çatdığım üçün Allaha şükür edirəm”.
Atası İsmayıl Haniyənin daha əvvəl də 4 sui-qəsd cəhdinə məruz qaldığını bildirən Əbdüsselam Haniyə deyib ki, atası Fələstin milli birliyinə önəm verib, Fələstin müqavimət cərgələrinin birliyi üçün səy göstərib və bu sui-qəsd müqavimətin əzmini dayandırmayacaq".
Türkan,
Sitat.info