HƏMAS lideri bu ölkədə DƏFN OLUNACAQ

14:39 31 İyul 2024

Sabah Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin cənazəsi ilə vida mərasimi olacaq.

Sitat.info xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Qeyd olunub ki, Tehran sakinləri bu gün Fələstin meydanında saat 17:00-da HƏMAS liderinə qarşı törədilən terror aktını pisləmək üçün aksiya keçirəcəklər.

 İsmayıl Həniyənin dəfn mərasimi Tehranda keçiriləcək. 

Mərasimin sabah baş tutacağı güman edilir. Qeyd edək ki, dünən İran prezidentinin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər edən HƏMAS lideri bu gün səhər saatlarında Tehranda öldürülüb.

Sitat.info 



Xəbər xətti