Ərdoğan bu gün Ali Hərbi Şuranı toplayır

10:03 1 Avqust 2024

Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cövdət Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.

Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.



Xəbər xətti