Livanın Nyu-Yorkdakı Daimi Nümayəndəliyi iyulun 30-da İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) və təşkilatın baş katibi Antonio Quterreşə şikayət ünvanlayıb.
Sitat.info Report-a istinadən xəbər verir ki, bu barədə Livanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdullah Bu Həbibin tapşırığı əsasında Livanın Nyu-Yorkdakı Daimi Nümayəndəliyi bu gün BMT Təhlükəsizlik Şurasına və baş katibinə İsrailin Beyrutun cənub ətrafına hücumuna görə şikayət ünvanlayıb”, - nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.