Soyqırım müəllifi Netanyahudan açıqlama: "Biz istənilən ssenariyə hazırıq"

21:02 1 Avqust 2024

 İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin həm müdafiə, həm də hücumda hər cür ssenariyə yüksək səviyyədə hazır olduğunu açıqlayıb. 
Sitat.info xəbər verir ki, Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamaya görə, Netanyahu Daxili Cəbhə Komandanlığında  vəziyyətin qiymətləndirilməsi ilə bağlı toplantıya qatılıb.

Netanyahu görüşdə verdiyi açıqlamada İsrailin  həm müdafiə, həm də hücumda hər cür ssenariyə yüksək səviyyədə hazır olduğunu  bildirib.

İstənilən sahədə İsrailə qarşı hər hansı bir hücumun əvəzini "ağır ödəyəcəklərini" iddia edən Netanyahu deyib ki, kim bizə zərər verərsə, biz də onlara zərər verəcəyik. 

 Nərgiz,

Sitat.info 



Xəbər xətti