Sumqayıtda mənzildə kişi meyiti tapılıb

10:41 2 Avqust 2024

Sumqayıt şəhərində 40 yaşlı kişinin meyiti aşkar edilib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Ramin Elbrus oğlu Həsənovun meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./ Report



Xəbər xətti