Putin Ankaradakı məhbus mübadiləsi ilə Rusiyaya qayıdanları hava limanında qarşıladı

10:57 2 Avqust 2024

 Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbərliyi ilə Ankarada aparılan məhbus mübadiləsi əməliyyatından sonra Moskvaya qayıdan insanları Rusiya prezidenti Vladimir Putin hava limanında qarşılayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Putin paytaxt Moskvanın Vnukovo hava limanına gələrək mübadilə yolu ilə Rusiyaya qaytarılan şəxslərin təyyarədən düşməsini gözləyib. Putin bir-bir təyyarədən düşənlərin əlini sıxıb, daha sonra dəyişdirilən şəxslərlə qırmızı xalça üzərində aeroport binasına daxil olub və çıxış ediblər. 
Rusiyaya verdikləri anda sadiq qaldıqlarına görə onlara təşəkkür edən Putin həmin şəxslərə dövlət medalı veriləcəyini bildirib.

Putini burada Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SRV) rəhbəri Sergey Narışkin müşayiət edib.

Qarşılamada Rusiya Qvardiya alayı da iştirak edirdi.
Qeyd edək ki, MİT ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında olan  26 nəfərin qarşılıqlı mübadiləsinin baş tutduğu, son dövrün ən əhatəli məhbus mübadiləsi əməliyyatını həyata keçirib. 

Nigar,

Sitat.info 



Xəbər xətti