Rusiyada vətəndaşlıq alan əcnəbilər hərbi qeydiyyatdan imtina etdikdə onların vətəndaşlığı ləğv ediləcək.
Sitat.info xəbər verir ki, bu barədə qanun Federasiya Şurasında təsdiqlənib.
Qanuna əlavə olunan materiallarda qeyd olunur ki, bu gün Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşadıqları yer üzrə hərbi qeydiyyatdan keçməlidirlər.
Bununla belə, müəlliflər qeyd edirlər ki, “bu cür şəxslərin Rusiya vətəndaşlığını aldıqdan sonra hərbi xidmətdən yayınması faktları geniş şəkildə yayılıb. Belə nümunələr əhali arasında kütləvi narazılığa səbəb olur ki, bu da sosial və ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir, vətəndaşlıq institutunun nüfuzuna xələl gətirir, qanuna hörmətsizliyi təbliğ edir”, - materiallarda qeyd olunur./ Baku.ws