Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək

16:22 2 Avqust 2024

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.

Bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.



Xəbər xətti