Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldı

16:58 2 Avqust 2024

Türkiyənin İsraildəki səfirinin müavini bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, səfirin çağırılmasına səbəb kimi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı Tel-Əvivdəki səfirlik binası üzərində Türkiyə bayrağının matəm əlaməti olaraq yarıya qədər endirilməsi göstərilib.

Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin səfir müavinini XİN-ə çağıraraq etiraz edib./ qafqazinfo



Xəbər xətti