Ötən gün Rusiyanın Nijni Tagil şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, onların 10-u uşaqdır.
Beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı isə 6 nəfərə çatıb. Xilasedicilər dağıntılar arasından 1 uşaq cəsədini çıxarıblar.