İdmançılar Paris 2024-dən narazıdır

20:27 2 Avqust 2024

İtaliyalı üzgüçü Tomas Çekon Parisdəki Olimpiya kəndindəki şəraitindən şikayətlənib.

Sitat.info  xəbər verir ki, bu barədə  yerli “La Repubblica” nəşri yazır.

O, ilk növbədə kondisionerin olmamasını tənqid edib: “Kənddə kondisioner yoxdur, hava istidir, yeməklər pisdir. Bu səbəbdən bir çox idmançılar çıxıb gedir. Bəzən yağış yağır, bəzən isti, bəzən soyuq olur, pis yatırıq və pis qidalanırıq. Bütün bunlar yorğunluğa səbəb olur”.

Qeyd edək ki, bundan əvvəl də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar narazılıqlar ediblər.  Hətta atletlərin əksəriyyəti Olimpiya kəndindəki binaların otaqlarındakı yataqların narahat olmasını dilə gətiriblər. / Qafqazinfo

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.



Xəbər xətti