Haniyənin ölümü ilə bağlı yüksəkrütbəli hərbçilər həbs edildi - Yenilənib

09:30 3 Avqust 2024

İranda HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs, o cümlədən yüksəkrütbəli hərbçilər həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə xarici media yazır. 

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.

“New York Times” qəzeti mənbələrinə istinadən yazır ki, təhlükəsizlik xidmətlərinin onlarla əməkdaşı dindirilmək üçün saxlanılıb.

Həmçinin mərhum Haniyənin qaldığı qonaq evinin ştat işçiləri də saxlanılıb./ Qafqazinfo



Xəbər xətti