Bakıda avtobus 19 maşını əzdi: Xəsarət alanların DURUMU AÇIQLANDI

10:32 5 Avqust 2024

"Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı müştərək travma alan üç nəfər təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib:

"Avqustun 8-i saat 1:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Əsəd Əhmədov, 24 ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

1974-cü il təvəllüdlü şəxs (qadın cinsli), 1991-ci il təvəllüdlü şəxs (kişi cinsli) və 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) başın, döş qəfəsinin səthi travması və bədənin bir neçə nahiyəsinin əzilməsi diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanların hər birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

 Qeyd edək ki, Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli  bildirib ki,  hadisə zamanı avtobusda sürücü olmayıb:

"Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır".

Sitat.info



Xəbər xətti