Sumqayıtda ana və övladı zəhərlənib.
Sitat.info Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər verir ki, dünən Sumqayıt şəhər sakinləri - 1997-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar.
Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Onların qidadan zəhərləndikləri ehtimal edilir.