ABŞ-da Demokratlar Partiyasının Milli Komitəsinin sədri Jaime Harrison Konqresə qatılacaq nümayəndələrlə onlayn səsvermənin yekun nəticələrini açıqlayıb.
Müvafiq olaraq, 5 günlük səsvermə nəticəsində Kəmalə Harris təxminən 4600 səslə Demokrat Partiyasının seçkilərdə 99 faizə yaxın səslə rəsmi namizədi olub.
Demokratlar Partiyasının Milli Komitəsinin sədri Harrison avqustun 2-də elan edib ki, qeyri-rəsmi məlumatlara görə, Harrisin prezident seçkilərində partiyanın namizədi olmaq üçün tələb olunan kifayət qədər nümayəndə sayına çatıb.
Demokratlar Partiyası avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya konqresində prezidentliyə və vitse-prezidentliyə namizədlərini rəsmən elan edəcək.
Nigar,
Sitat.info