İsraildə İran və Hizbullahdan gözlənilən qisasla bağlı qorxu artdıqca, ölkənin daxili məxfi xidməti Şin Bet Yerusəlimdə xüsusi yeraltı bunkerlərini hazırlayıb.
İsrailin daxili məxfi xidməti Şin Betin Qüdsdəki yeraltı sığınacağını İran və Hizbullahın qisaslarına qarşı hazırladığı açıqlayıb.
Sitat.info xəbər verir ki, İsrailin “Walla” xəbər saytı, komandanlıq və idarəetmə mərkəzlərinin yer aldığı sığınacağın baş nazir Binyamin Netanyahu və yüksək səviyyəli rəsmilərin istifadəsinə hazır vəziyyətə gətirildiyini bildirib.
İran və Hizbullahın əlindəki silahların vuracağı zərərlərə davamlı olduğu iddia edilən sığınacaq 20 il əvvəl tikilib. Bununla belə, oktyabrın 7-də Əqsa tufanı ilə başlayan Qəzza müharibəsində İsrailin ilk dəfə istifadə ediləcəyi bildirilir.
Bildirilir ki, Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən və “Milli İdarəetmə Mərkəzi” kimi də tanınan sığınacaq, hər hansı bir təhlükə halında İsrail ordusunun (IDF) qərargahı ilə əlaqənin açıq qalmasını təmin edəcək.