ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,38% artaraq 1 barelə görə 76,77 ABŞ dolları təşkil edib.
Sitat.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,41% artaraq 1 barelə görə 73,5 ABŞ dolları təşkil edib.