“Biz həmişə açıq şəkildə bəyan etmişik ki, İsraili terrordan müdafiə edəcəyik. Bölgədəki bütün tərəfləri gərginliyi azaltmaq üçün əllərindən gələni etməyə çağırırıq”.
Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller “Fox News”a bildirib.
Millerin sözlərinə görə, ABŞ Yaxın Şərqdəki şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.