İran: "Avropa İsrailə verdiyi dəstəklə bütün diplomatik kanalları bağladı"

10:58 7 Avqust 2024

İran xarici işlər nazirinin müavini Əli Baqiri deyib ki, bəzi Avropa ölkələri İsrailin bölgədəki təcavüzünü pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Təl-Əvivə qarşı təsirli və çəkindirici qərarlar qəbul etməsinə mane olmaqla faktiki olaraq bütün diplomatik kanalları bağlayıblar.
Sitat.info xəbər verir ki, İran xarici işlər nazirinin müavini Əli Baqiri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə telefonla danışıb.

Görüşdə Baqiri İsrailin bölgədəki hücumlarını və HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinin səbəbkarını açıqlayıb və bu sui-qəsdi “İranın milli suverenliyinə hücum” kimi qiymətləndirdiklərini bildirib.

Bəzi Avropa ölkələrinin İsrailin beynəlxalq hüquqa zidd terror aktlarına səssiz qaldığına diqqət çəkən Baqiri deyib: "Bu vəziyyət Təl-Əvivdəki cinayətkar dəstənin təkəbbürünün güclənməsinə, bölgədə gərginlik və etibarsızlığın yayılmasına səbəb oldu". 

“Avropa tərəfi sionist rejimin açıq terror hücumlarını pisləməyərək diplomatik kanalları bağlayır”

Avstriyanın xarici işlər naziri Şallenberq bölgədəki gərginliklə bağlı narahatlığını dilə gətirib.

Şallenberq bəyan edib ki, bütün tərəflər təmkinli olmalı və gərginliyi azaltmaq üçün bütün diplomatik imkanlardan istifadə etməlidirlər.

 Baqiri isə cavab olaraq deyib: "Avropa tərəfi sionist rejimin açıq terror hücumlarını pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu rejimə qarşı təsirli və çəkindirici qərar qəbul etməsinə mane olmaqla, praktiki olaraq bütün diplomatik kanalları bağlayıb". 

Nigar,

Sitat.info



Xəbər xətti