Kamala Harris Donald Trampı 3 xal qabaqladı

11:35 7 Avqust 2024

ABŞ seçkilərinə 3 ay qalmış bir ərəfədə, keçirilən sonuncu  sorğu Co Baydenin yerinə namizəd olan Harrisin Respublikaçı rəqibi Trampı qabaqladığını göstərir.

Sitat.info xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərlə bağlı sonuncu sorğu Amerikanın NPR radiosu, PBS televiziyası və Marist Kolleci ilə birgə aparılıb.

ABŞ vitse-prezidenti Kamala Harris 51-48 faizlə rəqibi Trampı 3 xal qabaqlayaraq seçki yarışını davam etdirir. Respondentlərin 53 faizi Harrisin demokratiyanı Trampdan daha yaxşı qoruyacağını düşünür.

İmmiqrantlar məsələsində seçicilərin 52 faizi Trampın Harrisə qarşı mövqeyinin daha güclü olduğunu düşünür.

Bundan əlavə, ABŞ seçicilərinin 51 faizi Harrisdən çox Trampın Yaxın Şərqdəki gərginliyi daha yaxşı idarə edəcəyinə inanır.

“The Cook Political Report” adlı sorğu şirkəti Harrislə Tramp arasındakı xal fərqinin 1,3-ə qədər azaldığını bildirib.

Wall Street Journal (WSJ) qəzetinin keçirdiyi sorğu da qeydə alınmış seçicilər arasında Harrisin rəğbətində kəskin artım olduğunu üzə çıxarıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti