Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk Qəzzada humanitar vəziyyətin “ağır” olduğunu bəyan edərək, Yaxın Şərqdə artan münaqişələr fonunda atəşkəs çağırışını təkrarlayıb.
Sitat.info xəbər verir ki, çərşənbə günləri Vatikanda xalqa açıq ümumi qəbul iclası keçirən Papa, çıxışında Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini qeyd edib.
Papa vəziyyətin "ağır və dayanıqsız" olduğu Qəzzada və münaqişələrin yaşandığı bütün bölgələrdə atəşkəs əldə olunması üçün çağırışını təkrarlayıb və Yaxın Şərqdə davam edən qarşıdurmalara son qoyulması üçün dua etdiyini bildirib.
Papa avqustun 4-də Vatikanın Müqəddəs Pyotr meydanında hər bazar günü qılınan Angelus namazından sonra etdiyi çıxışda “Yaxın Şərqdəki qanlı münaqişələrin daha da genişlənməməsinə” çağırıb.
Nərgiz,
Sitat.info