Bayden deyir ki, Tramp prezident seçkilərində məğlub olarsa, hakimiyyətin dinc yolla ötürüləcəyinə əmin deyil.
ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində, keçmiş prezident Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə hakimiyyətin dinc yolla ötürüləcəyinə inanmadığını bildirib.
Sitat.info xəbər verir ki, Bayden Respublikaçı namizədin onun yalnız səslərinin oğurlanacağı halda uduzacağını irəli sürən şərhlərinə işarə edib.
"Tramp uduzsa, nələrin baş verəcəyindən mən heç də əmin deyiləm. Biz onu ciddiyə almırıq, amma ciddi deyir, saxta seçki olacağından danışır. Bütün bunlar uduzsaq, ölkənin necə qan gölünə dönəcəyindən xəbər verir.
Bayden həmçinin xəbərdarlıq edib ki, Tramp 2020-ci ildə olduğu kimi, noyabrda da seçki nəticələrinə etiraz etməyə hazırlaşır. o cümlədən yerli dairələrə seçki məmurları təyin etməklə nələrsə etməyə çalışır.
“İnsanların səsləri saydığı yerli konqres dairələrində, öz adamlarını ştatlarda kreslolara yerləşdirirlər, elə deyilmi? Ölkəni yalnız qalib gələndə sevə bilməzsən”, – ABŞ prezidenti əlavə edib.
Nigar,
Sitat.info