“İran İsrailə qarşı genişmiqyaslı hücumdan imtina edə bilər”

10:48 8 Avqust 2024

“İran Tehranda Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı planlaşdırdığı kütləvi hücumun keçirilməsi barədə qərarı yenidən nəzərdən keçirə bilər”.

Sitat.info xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika rəsmilərinə istinadən yazıb.

Onların sözlərinə görə, ABŞ hələ də İrandan Haniyənin öldürülməsinə bir növ reaksiya gözləyir, lakin Tehranın ilkin cavab planına yenidən baxdığı üçün yaxın gələcəkdə İsrailə hücum edəcəyini hesab etmir.

ABŞ Administrasiyasının iki yüksəkrütbəli nümayəndəsi bildirib ki, Vaşinqton Tehrana genişmiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. İyulun 31-i gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.

İranın ali lideri Əli Xamenei onun qisasının alınacağına söz verib./Qafqazinfo



Xəbər xətti