Borrell İran XİN başçısı ilə danışdı

15:36 23 Aprel 2022

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, telefon danışığı zamanı XİN başçısı Vyanadakı nüvə danışıqlarında anlaşmaya hazır olduqlarını qeyd edib:

“İran hökuməti sərfəli, güclü və uzunmüddətli razılaşmaya həmişə müsbət baxıb”.

Abdullahian eyni zamanda bildirib ki, Ağ Ev həddindən artıq olan tələblərini və şübhələrini bir kənara qoyub, realizmə doğru addım atmalıdır.

/Axar.az



Xəbər xətti