“Erməniəsilli vətəndaşlarımız da seçkidə iştirak edə bilərlər”

13:24 8 Avqust 2024

“Prezident seçkilərində ATƏT-in missiyası başda olmaqla, bütün beynəlxalq qurumlardan təkidlə xahiş edirdim ki, azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsinlər”.

Sitat.info Modern.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Xankəndi şəhərində də seçki məntəqəsi yaradılıb: “Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməniəsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 55 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq”.



Xəbər xətti