Sərnişin təyyarələrində yaşanan problemlərlə gündəmdə olan Boeing-in Starliner kosmos gəmisindəki iki astronavtın gələn ilə qədər dünyaya dönə bilməyəcəyi açıqlanıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, iyunun 6-dan Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar, bir həftə davam etməli olan sınaq missiyasının bir hissəsi olaraq kosmos missiyasına başlayıblar. İyun ayında Yerə dönməsi nəzərdə tutulan Starliner-in dönüşü texniki problemlər səbəbindən dəfələrlə təxirə salınıb.
Mühəndislər geri dönməyə mane olan problemlərin həlli üçün sıx səy göstərirlər.
NASA, Boeing-in rəqibi SpaceX-ə məxsus kosmik gəmidə astronavtların Yerə qayıtmasının gündəmdə olduğunu açıqlayıb.