HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürülməsindən sonra Yaxın Şərqdə İran və İsrail arasında gərginlik artır. Belə ki, bölgəyə çox sayda döyüş təyyarələri və gəmiləri yerləşdirilib.
Bu barədə Sitat.info "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, ABŞ "F-22 Raptor" döyüş təyyarələrini ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məsuliyyət zonasına göndərərək bölgədə yerləşdirib.
Bölgəyə nə qədər "F-22" təyyarəsinin gəldiyi, hansı ölkə və ya ölkələrə yerləşdirildiyi barədə isə məlumat verilməyib.
Xatırladaq ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə bu hücuma cavab verəcəyini bəyan edib.