Prezident “Qafqaz Qartalı” ilə bağlı sənədi təsdiqlədi

16:32 23 Aprel 2022

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunu təsdiqləyib.

Sitat.info Axar.az-a istinadən qanunun mətnini təqdim edir:

“2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu təsdiq edilsin”.



Xəbər xətti