Jurnalist Razi Abbasbəyli "Badam" klinikasında atasının başına gələnlərdən danışıb.
Sitat.info xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında videomüraciət paylaşıb.
Jurnalist deyir ki, o, atasının gözündəki problemlə bağlı klinikanın həkimi Günel Ağayevaya müraciət edib. R.Abbasbəylinin sözlərinə görə səhv diaqnoz qoyan həkim atasının gözünü əməliyyat edib. Nəticədə problem nəinki aradan qalxmayıb, əksinə jurnalistin atası gözünü itirib.
T. Abbasbəyli bunun həkim səhvi ucbatından olduğunu iddia edir. Əlavə müayinələr nəticəsində həqiqətən diaqnozun yanlış qoyulduğu təsdiqlənib.
Problemlə bağlı “Badam” klinikasının mətbuat xidmətinin rəhbəri Çingiz Özgür belə bir əməliyyatın olduğunu Axar.az-a təsdiqləyib:
“Bura klinikadır, aparatlarımız, ən müasir cihazlarımız var. Həkim xəstənin üzünə baxıb diaqnoz qoymur ki! Razi Abasbəylinin atası katarkta əməliyatı olunub. Ondan bir manat belə pul istənilməyib. Həkimin əziyyətini qiymətləndirmək üçün yalnız bahalı linzanın pulu olaraq kassaya 200 manat ödəniş edib. Sonradan onun atasının gözündə problem yaranıbsa, bu, başqa prosesdir. Atasının burada olduğu vaxtlarda UZİ edilib, digər cihazlarla gözü, göz dibi müayinə olunub. Bunların hamısı xəstəlik tarixində var. Maraqlanmaq istəyənlər gəlib, sənədlərlə tanış ola bilər. Əsassız şikayətdir. Bu adam “Badam” klinikasına müayinə bir manat belə pul ödəməyib”.
Ç.Özgür iddia edib ki, Günel Ağayevadan bu günə kimi heç bir şikayət olmayıb:
“Xəstənin katarakta əməliyyatı uğurlu keçib. Razi bəyin təşəkkürləri, səs yazıları var. Sonradan problem yaranıbsa, o, ayrı məsələdir. Mən dedim ki, get ekspertə, rəy gətir. Bu günə kimi hələ bir sənəd gətirməyib. Əlində sənəd olsa, məhkəməyə verərdi”.
Sitat.info